RU

"Valideyn olmaq böyük məsuliyyət daşıyır" - PSİXOLOQ İZAH ETDİ

"İnsanlar ailə quranda sadəcə birgə yaşayışı nəzərdə tuturlar". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Psixoloq bildirib ki, sonra isə valideyn, ana-ata olurlar: "Bu status hər kəsdə eyni səviyyədə inkişaf etmir. Valideynlik statusunun öz çalarları var. Yəni ana-atanın cinsindən asılı olaraq dünyaya gətirdiyi övladına qoyduğu dəyər, diqqət, qayğı verir, bioloji, psixoloji, sosial varlıq olaraq onun inkişafında məsuliyyət daşıyır.

Valideynin özünün də sağlam psixologiyası olmalıdır ki, böyütdüyü fərdin sağlam psixologiyası olsun. Valideynlərin hər hansı psixi problemi varsa, onların böyütdüyü nəsil, uşaqlar da natamam uşaqlar olacaq. Amma bir çox valideynlər dünyaya gətirdiyi övladlarının sağlam böyüməsi, sağlam şəxsiyyətə çevrilməsi, cəmiyyətdə özünə yer tapması üçün əllərindən gələni əsirgəmirlər. Onların ilk növbədə vəzifəsi uşaqda normal, sağlam xarakteri formalaşdırmaq, onu həyata bələdləşdirməkdir. Bu, valideynin bir nömrəli vəzifəsidir. Uşağa bu həyata bütün yaşanan hadisələrə, təbiətə bağlılıq, sevgi yaratmaq, heyvanlara, insanlara sevgi, elmi biliklərdənsə, birinci növbədə xarakterini doğru şəkildə formalaşdırmaq lazımdır. Çünki insan insan içində böyüyür, inkişaf edir. İnsanın insan böyüməsi üçün onun xarakteri doğru formalaşmalıdır ki, cəmiyyətdə yerini tapsın, yeniyetməlik dönəminə keçid edəndə sağlam şəxsiyyətə çevrilsin".

"Valideynlərin əsas borcu uşaqlarına həyat biliklərini aşılamaqla bərabər, dözümlülük, cəsarət, ali hislərin içinə daxil olan estetik, əxlaqi, zehni hissləri aşılamaqdır. Valideynlərin borcu ər-arvad arasındakı münasibətlərdə konfliktli situasiyaları uşaqların qarşısında təhlil etməməkdir. Çünki uşaqlar təqlidçı olurlar. Uşaqlar bu cür situasiyaları sağlam qəbul edə bilmirlər, gördüklərinin çox əziyyətini çəkirlər, onlar üçün bu həyat öyrənmə həyatıdır. Ona görə valideyn olmaq böyük məsuliyyət daşıyır. Valideynlər uşaqlarının yanında bütün söhbətləri etməməli, söhbətləri senzuradan keçirməlidirlər ki, uşaqların da bu cür həyata bələd olmaq dönəmində psixi inkişaf dinamikasında aldıqları tərbiyəni sağlam şəkildə alsınlar.

Uşaqları valideynlər böyüdə bilməyəndə bəzən nənə-babalar da müdaxilə edirlər. Amma əsl valideyn övladına analıq, atalıq duyğularını ötürən valideyndir. Cinsi tərbiyəni unutmamalı, cinsi tərbiyədə birinci növbədə valideynlər iştirakçı olmalıdır ki, uşaqlar bunu cəmiyyətdən deyil, valideynlərinin dilindən öyrənsinlər. Valideynlər daim özlərini maarifləndirməlidirlər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
72
sia.az

1Источники