RU

Mixal Probej: “Avstriyaya qarşı onlar kimi aqressiv oynamalıyıq”

Polşa yığmasının baş məşqçisi Mixal Probej AÇ-2024-ün qrup mərhələsi 2-ci turunda Avstriya yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, polyak mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu oyun ərəfəsində yuxusuz gecələr keçirmişəmmi? Qətiyyən yox. Ümumiyyətlə, çox yaxşı yatıram, xüsusən də biləndə ki, bir məşqçi kimi komandanı hazırlamaq üçün əlimdən gələni etmişəm.

Avstriya yığması aqressiv futbol oynayır və biz də bunu etməliyik. Amma, digər tərəfdən, bu, kifayət deyil. İstəyirəm ki, biz hər ikisini icra edək: aqressiv və eyni zamanda yaxşı futbol oynayaq. Bunları birləşdirsək, qələbə imkanlarımız yaxşılaşar”, deyə Mixal Probej vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun “D” qrupu çərçivəsində keçiriləcək Polşa – Avstriya oyunu bu gün, iyunun 21-də Berlin “Olimpiaştadion”unda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

2-ci tur ərəfəsində “D” qrupunun yarış cədvəli belə mənzərə yaradır:

  1. Niderland – 3 xal
  2. Fransa –3 xal
  3. Poşa – 0
  4. Avstriya – 0
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
74
arena.az

1Источники