1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin birinci seansında ana və iki qızı yüksək nəticə əldə edib.
Modern.az-ın məlumatına görə, Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin 3 müəllimi yüksək bal toplayıb.
Beləliklə, Asya Yusifova 58 bal, onun qızları - Mehriban Şikarlı 58 bal, Günel Şikarlı isə 59 bal toplayıblar.
Sertifikatlaşdırma prosesinin test mərhələsinin ilk seansı artıq yekunlaşıb.