RU

Rusiya ABŞ-la danışıqlara hazırdır – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov

Rusiya ABŞ-la danışıqlara hazırdır, ancaq Ukrayna münaqişəsini nəzərə alan hərtərəfli dialoqa.

Editor.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, ABŞ Milli Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətə istinad etmədən silahlara nəzarəti müzakirə etməyə hazır olması barədə bəyanatını belə şərh edib: “Rusiya prezidenti dialoqun perspektivlərindən danışıb və deyib ki, biz ABŞ-la dialoqa hazırıq, biz ABŞ-la dialoqda maraqlıyıq, ancaq hərtərəfli dialoqda. Yığılmış problemlərin ümumi kompleksindən ayrı-ayrı seqmentləri qoparmaq mümkün deyil və biz bunu etməyəcəyik”, – deyə Kreml nümayəndəsi mətbuata bildirib. Peskovun sözlərinə görə, mümkün dialoq geniş spektri, o cümlədən Rusiya-Ukrayna münaqişəsində “ABŞ-ın birbaşa iştirakı” ilə bağlı məsələləri əhatə etməlidir.

“Amma ümumilikdə bu dialoqa böyük tələbat var, çünki qlobal təhlükəsizlik arxitekturası ilə bağlı çoxlu problemlər var”, – Dmitri Peskov əlavə edib.

Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bir gün əvvəl bildirmişdi ki, hakimiyyət Rusiya ilə təkcə mümkün nüvə risklərini deyil, həm də START-3-ü əvəz etməli olan sazişin formatını müzakirə etməyə hazırdır. Lakin Amerika tərəfinin təklifləri ABŞ-ın Ukraynaya dəstəyinə görə rədd edilib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
71
editor.az

1Источники