RU

Musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu üzrə imtahanlar başlandı

Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə şagirdlərin növbəti imtahan mərhələsi başlanıb.

Publika.az xəbər verir ki, bu il vətəndaşların rahatlığı üçün ilk dəfə olaraq imtahanlar mərkəzləşdirilmiş şəkildə həyata keçirilir.

20-30 iyun tarixlərini əhatə edən imtahan mərhələsi paytaxtımız üzrə Bakı Xoreoqrafiya Akademiyasında təşkil olunur.
İyunun 20-dən başlayaraq ilk dəfə vahid elektron qəbul sistemi ilə qeydiyyatdan keçmiş namizədlər əyani şəkildə reallaşan qəbul imtahanlarında iştirak edirlər.

Bu mərhələdə ümumilikdə 16 mindən çox namizəd bilik və qabiliyyətini nümayiş etdirəcək. Onlardan 4 mindən çoxu Bakı şəhərinin payına düşür.

Избранный
108
15
publika.az

10Источники