RU

KTMT-nin “Ermənistan sevgisi” bitib-tükənmək bilmir

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvi olaraq qalır və assosiasiyanın İrəvan qarşısındakı bütün öhdəlikləri qorunur.

Editor.az bildirir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib. O qeyd edib ki, təşkilat üzvlüyü ilə bağlı vəziyyət barədə Ermənistandan izahat gözləyir: “Ermənistan bizim müttəfiqimiz olub və müttəfiqimizdir, bizim Ermənistan qarşısında bütün öhdəliklərimiz qalır”, – deyə Tasmaqambetov KTMT Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanda keçirilən iclasından sonra bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ermənistanın KTMT-dən çıxması proseduru Şuranın iclasında müzakirə olunmayıb, çünki belə bir tələb daxil olmayıb. Bəli, bu gün erməni nazir görüşdə yox idi, lakin Ermənistandan heç bir sənəd, baş verənlərin nəticələrinin müzakirəsini zəruri edəcək hər hansı rəsmi addım yoxdur”, – deyə Lavrov bildirib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
37
editor.az

1Источники