![BDU](https://azertag.az/files/2024/2/1200x630/17189688614570041250_1200x630.png)
Bakı, 21 iyun, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Balıkesir Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.
Protokolu BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Türkiyənin Balıkesir Universitetinin “Erasmus” proqramı üzrə koordinatoru Seda Şahin imzalayıb. Protokol çərçivəsində tələbələrin, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Əsası 1992-ci ildə qoyulmuş Balikesir Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. İyirmi dörd min tələbənin təhsil aldığı Balikesir Universitetində 14 fakültə, 4 institut fəaliyyət göstərir.