RU

Cənubi Qafqazın məsələlərini region dövlətləri həll etməlidir! - Rusiya səfiri

Moskva Cənubi Qafqazın sülh və çiçəklənməsində maraqlıdır, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır.

Modern.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib.

“Rusiya Cənubi Qafqazın dinc və firavan olmasında maraqlıdır və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. Rusiya tərəfi əmindir ki, xarici qüvvələrin regional işlərə müdaxiləsi yolverilməzdir və bütün məsələləri regionumuzun dövlətləri həll etməlidir və həll edə bilər”, - Rusiya səfiri Bakıda keçirilən Rusiya-Azərbaycan ekspert şurasının beşinci iclasında çıxış edərkən deyib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
373
modern.az

1Источники