RU

Falkao Kolumbiya klubu ilə müqavilə bağladı

Tanınmış hücumçu Radamel Falkao Kolumbiya təmsilçisi "Milonarios" ilə müqavilə bağlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı kolumbiyalı futbolçu 2024-cü ilin sonuna qədər yeni komandasının uğurları üçün çalışacaq.

Qeyd edək ki, Radamel Falkao 13 yaşına kimi "Milonarios"un yeniyetmələrdən ibarət komandasında çıxış edib. Onun son klubu "Rayo Valyekano" olub. Forvard daha əvvəl "Qalatasaray", "Monako", "Çelsi", "Mançester Yunayted", "Atletiko", "Portu" və "River Pleyt"də çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
1
bakivaxti.az

2Источники