RU

Ermənistan KTMT-dən çıxdı? - Lavrov AÇIQLADI

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında Ermənistanın KTMT-dən çıxması proseduru müzakirə olunmayıb, çünki Ermənistan təşkilatdan mümkün çıxma ilə bağlı sənədlər göndərməyib".


Sfera.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 

“Bəli, bu gün erməni nazir görüşdə olmayıb, amma Ermənistandan heç bir sənəd, baş verənlərin nəticələrinin müzakirəsini zəruri edəcək hər hansı rəsmi addım yox idi”, - diplomat əlavə edib.

 

Xatırladaq ki, iyunun 13-də Ermənistan hökumətinin başçısı bildirib ki, dövlətin KTMT-dən çıxması növbəti məntiqli addım olacaq. Lakin ölkə hakimiyyəti bu təşəbbüsün həyata keçirilmə vaxtı ilə bağlı hələ qərar verməyib.

 

2024-cü ilin fevralında isə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin KTMT-də iştirakını dayandırdığını elan edib. Daha sonra respublikanın xarici siyasət idarəsi bu il təşkilatın maliyyələşdirilməsinin dondurulduğunu bildirib.

 

Əzizə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
58
1
sfera.az

2Источники