RU

Ermənistanın müharibə RİTORİKASI: “Azərbaycan adekvat cavab verməlidir”

“Ermənistanın hücum silahları ilə təchiz olunması müharibə ritorikasını yenidən gündəmə gətirdi”.

Bu fikri Yenicag.az-a açıqlamasında Ermənistanın silahlanmasını dəyərləndirən hərbi ekspert Rövşən Məhərrəmov bildirib.

Rövşən Məhərrəmov deyib ki, Azərbaycan Ermənistanın silahlanmasına adekvat cavab verməlidir.

“Fransanın Ermənistanı silahlanması sülh müqaviləsinin imzalanmasına əngəldir. Gördüyümüz kimi, hücum silahları ilə Ermənistanın təchiz olunması müharibə ritorikasını yenidən gündəmə gətirdi. Azərbaycan alternativ silahlar əldə etməlidir ki, lazımı cavabını verə bilsin”, – deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, Fransa Cənubi Qafqazda öz marağını Ermənistan vasitəsi ilə artırmaq istəyir.

Gələcəkdə Fransa Ermənistanı öz koloniyasına çevirmək istəyəcək. Rusiyanın Ermənistandakı hərbi bazalarını Fransa çıxarıb, onun yerində öz bazasını yaratmağa çalışacaq. Silah satışı o deməkdir ki, təlimatçılar da Ermənistana gedəcək. Fransa hərbi qulluqçularının Ermənistanda olması Fransanın Azərbaycan sərhədində olması deməkdir. Azərbaycan ciddi tədbirlər görməlidir. Azərbaycan tərəfi Ermənistana iradlarını bildirib, hesab edirəm ki, bu davam etdirilməli və təsir mexanizmi tapılmalıdır”, – deyə o yekunlaşdırıb.

Səxavət Məmməd

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
yenicag.az

1Источники