RU

İlham Yadullayev Albaniyada qalibiyyət üzünə həsrət qalan U-17-dən razı qalıb

"Albaniya toplanışı bizim üçün yaxşı keçdi. Yetirmələrim təcrübə qazandı". Bu sözləri Sport24.az açıqlamasında U-17-nin baş məşqçisi İlham Yadullayev deyib.
 
17 yaşadək futbolçulardan qurulan millinin çalışdırıcısı Albaniyada keçirdikləri yoxlama görüşləri barədə də danışıb: "İlk oyun bizim üstünlüyümüz şəraitində keçdi. Hesabı açan tərəf də biz olduq. açdıq. Amma 60-70-ci dəqiqədən sonra müəyyən qədər yorulduq və rəqib təşəbbüsü ələ alıb hesabı bərabərləşdirdi. İkinci oyunda isə yorğunluğmuz daha çox özünü göstərdi. Həm uzun məsafə qət etməyimiz, həm bir gündən bir oyuna çıxmaq çətinlik yaratdı və bu səbəbdən məğlub olduq. Yenilsək də, yetirmələrimdən razı qaldım. Uşaqlarda inadkarlıq, xarakter hiss olunurdu. Təkbətək mübarizələrdən də qalib ayrıla bilirdik. Sadəcə, rəqib fiziki göstəricilər və oyun təcrübəsi baxımından üstün idi. Fikrimcə, belə oyunları tez-tez keçirməliyik. Düzgün istiqamətdəyik, gələcəkdə daha da inkişaf edəcəyik".
 
Qeyd edək ki, Albaniyada təlim-məşq toplanışında olan U-17 2 yoxlama matçı keçirib. İlk görüşdə Albaniyadan olam həmyaşadıları ilə "sülh" bağlayan milli, ikinci qarşılaşmda məğlub olub - 1:4.ABDULLA İSMAYILOĞLU

Избранный
106
sport24.az

1Источники