RU

Rusiya İsveçin peyk şəbəkələrini hədəfə aldı

 

İsveç hökumətinin rəsmiləri bildirir ki, Rusiya onun peyk şəbəkələrini pozur.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Bloomberg” nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, İsveç hakimiyyəti bildirir ki, onun peyk şəbəkələrini qəsdən hədəfə alan müdaxilənin arxasında Rusiya dayanır və bu, ölkənin NATO-ya üzv olmasından bir neçə gün sonra müşahidə edilib.

Nəşr əlavə edib ki, İsveç Poçt və Telekommunikasiya İdarəsi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) idarə heyətinə Rusiyanın müdaxiləsi məsələsinə baxmağı xahiş edib.

İsveç səlahiyyətliləri bildiriblər ki, Rusiya və Krımdan müdaxilə 5 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşən üç Sirius peyk şəbəkəsinə təsir edib ki, bu da Skandinaviya ölkələrinə və Şərqi Avropaya xidmət edən əsas peyk mövqelərindən biridir.

İsveçin baş naziri Ulf Kristersson isə açıqlamasında bəyan edib ki, bu pozulmalar, əlbəttə ki, ciddidir və Rusiyanın İsveçə və digər ölkələrə qarşı daha geniş hibrid hərəkətlərinin bir hissəsi kimi qəbul edilə bilər. Onun sözlərinə görə, Stokholm bu hərəkətlərə cavab vermək üçün digər ölkələrlə birlikdə işləyir.

Bundan əlavə, Fransa, Hollandiya və Lüksemburq radiotezliklərin və peyk orbitlərinin qlobal şəkildə bölüşdürülməsini koordinasiya edən BTİ-yə oxşar şikayətlər veriblər.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
40
yenicag.az

1Источники