Bakı. Trend:
İyunun 21-də saat 13 radələrində Mingəçevir şəhərində 1999-cu iltəvəllüdlü Vəliyeva Aygün Elşan qızının kəsilmiş-deşilmişxəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, cinayət əməlinitörətməkdə şübhəli bilinən qadının əri, 34 yaşlı Əliyev ElçinRafael oğlu könüllü olaraq polisə təslim olub.
Araşdırma aparılır.