RU

Deputat istisna hal kimi 17 yaşında nikaha daxil olmanın ləğvinə qarşı çıxıb

Deputat Tahir Kərimli istisna hal kimi 17 yaşında nikaha daxil olmanın ləğvinə qarşı çıxıb. Bu barədə deputat Milli Məclisdə çıxışında bildirib. 

"Necə olur 16 yaşdan cinsi münasibətə girə bilərsən, bu qanun pozuntusu deyil, amma 18 yaşına bir necə ay qalmış evlənə bilmərsən. Bizim milli dəyərlərimiz olmalıdır. Təbii artım prosesi onsuz da azalıb. Bu istiqamətdə stimullaşdırıcı tədbirlər görməliyik. Qanunda  17 yaşın ləğvini qəbul etmirəm. Qohum evliliklərinə daxil olmaq istəyənlər gedib rəsmi nikah olmadan bunu edəcək. Bunun heç bir məsuliyyəti də yaranmır. Deyirlər 17 yaşında ailə quranda uşaqların psixologiyası pozulur, təhsildən yayınır. Necə olur ki, 16 yaşında "əxlaqsızlıq” edib psixologiyası pozulmur, amma evlənədə psixologiyası pozulur? – deputat söyləyib. 

Azərbaycanda yeni qanuna görə nikaha daxil olma heç bir istisna olmadan 18 yaş müəyyən edilir. 

Həmçinin ikinci və üçüncü dərəcəli qohumların evliliyinə qadağa qoyulur.
 
Gülnar Nazimqızı

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
anews.az

1Источники