Demokrat.az-ın məlumatına görə hadisə Ələt-Astara magistralının 169-cu km-də baş verib.
Belə ki, Rusiya vətəndaşı 1964-cü il təvəllüdlü Tərlan Əsəd oğlu Tahirovun idarə etdiyi "Hundai" markalı minik avtomobil idarəetmədən çıxaraq yol kənarındakı məhəccərlərə çırpılıb. Nəticədə avtomobildəki sərnişinlər, Lerik rayonuna ziyarətə gedən 1960-cı il təvəllüdlü Tamella Kərim qızı Tahirova, 1971-ci il təvəllüdlü Aytən Ziyafəddin qızı Qarayeva və 1968-ci il təvəllüdlü Rəhilə Kərim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2024/6/21/1/65d60148-cde8-4bce-8a11-71fd222b7a75/1718964009_17189634971312649943_1200x630.jpg)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2024/6/21/1/21d22c00-85b8-4d6b-aba3-8daf7f91213f/1718964025_17189634971681658201_1200x630.jpg)
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
5Источники
-
turanpress.comLerikə ziyarətə gedənlər qəzaya düşdülər — FOTO ( 7806188)
-
avtosfer.azLerikə ziyarətə gedənlər qəzaya düşdülər- FOTO ( 7805945)
-
veteninfo.azLerikə ziyarətə gedənlər qəzaya düşdülər ( 7802207)
-
demokrat.azLerikə ziyarətə gedənlər qəzaya düşdülər — FOTO ( 7801748)
-
modern.azLerikə ziyarətə gedənlər qəzaya düşdülər ( 7800725)