RU

Tramp: Bayden NATO-da Ukraynanın gələcəyi haqqında danışmaqla səhv edir

ABŞ-da 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp hazırkı prezident Co Baydenin Ukraynanın gələcəyinin NATO-da olduğunu deməklə səhv etdiyini bildirib.

Editor.az xəbər verir ki, Tramp Rusiyanın NATO qüvvələrinin öz sərhədləri yaxınlığında yerləşdirilmə ehtimalı ilə bağlı narahatlığının başa düşülən olduğunu qeyd edib.

“Rusiya olsaydınız xoşbəxt olmazdınız və bu, heç vaxt müzakirə mövzusu olmazdı”,- deyə o bildirib. Tramp əlavə edib ki, prezident olacağı təqdirdə Ukraynaya hərbi qoşun göndərməyəcək, lakin o, Fransanın niyə fərqli mövqe tutduğunu anlayır.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
76
editor.az

1Источники