RU

Qəribə əməliyyat: ABŞ Panamaya 15 milyon milçək ötürür

 Bu milçəklər bütün canlılar üzərində 250-500 yumurta qoymaq “qabiliyyəti”nə malikdir. Yumurtalar dərinin alt qatlarına nüfuz edir və orada yetişirlər. Onlara “Yeni Dünya Vida Qurdu” adı verilib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, bu milçəklər insanların da, heyvanların da ölümünə səbəb ola bilir. Amerika Birləşmiş Ştatlarının başı da bu milçəklərlə böyük bəladadır. Buna görə də ABŞ hər həftə 14.7 milyon milçəyi qonşu Panamaya ötürür. Bu qəribə əməliyyatın olduqca ilginc səbəbləri var. ABŞ “Yeni Dünya Vida Qurdu” – “New World Screwworm”  adlanan təhlükəli parazitlə mücadilə edir. Başı bu canlılarla böyük bəlada olan ABŞ çarəni milçəkləri qonşu Panamaya “ixrac” etməkdə görür. Bu əməliyyat ABŞ hökumətinə 15 milyon dollara başa gəlir. Milçəklərin buraxdığı yumurtalar dəri altında qalaraq qanla bəslənir və toxumalara ciddi zərər verir. Hətta insanların, mal-qaranın, ətinə nüfuz etdikləri digər heyvanların ölümünə də səbəb olurlar. Bir dişi milçək yaşadığı müddətdə 3 minə qədər yumurta qoyur və 200 kilometr məsafə uçur. Bu zərərli parazitlərdən xilas olmaq üçün ABŞ hökuməti onların qısırlaşdırılaraq təbiətə buraxılması metodundan istifadə edir. Maraqlıdır ki, 1950-ci illərdə Edvard F.Kniplingin tədqiqatları nəticəsində milçəklərin müəyyən bir mühitdə radiasiya ilə qısırlaşdırılaraq çoxalmalarının qarşısının alına biləcəyi kəşf edilib. Məhz bu kəşf bu gün ABŞ tərəfindən zərərli milçəklərə qarşı aparılan əməliyyatın təməlini təşkil edir. Məhz bu üsulla milçəklər qısırlaşdırılır və qonşu Panama-Kolumbiya sərhədinə ötürülür. Panamanın Pacora şəhərindəki bir fabrikdə həftədə 20 milyon milçək yetişdirilir. Bu milçəklər sonra xüsusi otaqlarda radiasiya yoluyla qısırlaşdırılır və təkrar təbiətə buraxılır. Nəticədə milçəklər yumurta qoya bilmir və çoxalmırlar. Mal-qara da onlardan xilas olur, insanlar da.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
sherg.az

1Источники