RU

Rahil Məmmədova Polşada yeni müştəri

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovu heyətinə qatmaq istəyən klub bəlli olub.

İdman.biz xəbər verir ki, Polşada LKS-in şərəfini qoruyan müdafiəçi bu ölkənin digər klubunun hədəfindədir.

“Rakuv” yeni mövsüm ərəfəsində heyətini gücləndirməyi planlaşdırır. Bu klubla çempionluq yaşayan Marek Papşun yenidən baş məşqçi postuna qayıdıb və heyətdə islahatlara başlayıb.

Mütəxəssis yüksək dəstəni tərk edən LKS-in oyunçularını gözaltı edib. Artıq Kay Tejanla ilkin razılıq əldə edən “Rakuv” Rahil Məmmədovla Bartoş Şeliqanı da heyətinə qatmaq istəyir. Bu futbolçular LKS-in son məşqinə də qatılmayıblar və onların gedəcəyi gözlənilir.

Qeyd edək ki, Məmmədov 2024-cü ilin əvvəlində “Qarabağ”dan LKS-ə keçib.

İdman.biz

Избранный
101
3
idman.biz

4Источники