RU

"Kobra" "Qarabağ"ın bazasında – VİDEO

Azərbaycanlı peşəkar kikboksçu, 2009-cu ildə WAKO üzrə dünya çempionu olmuş Pərviz Abdullayev UEFA Çempionlar Liqasına hazırlaşan "Qarabağ"ın düşərgəsində olub.

Prosport.Az-ın xəbərinə görə, 38 yaşlı idmançı oğlu Yusiflə birgə "Qarabağ"ın Suraxanı qəsəbəsində yerləşən bazasını ziyarət edib.

Komandanın baş məşqçisi Qurban Qurbanov onu futbolçularına təqdim edib, idmançının klubun təmsil etdiyi Ağdamda doğulduğunu bildirib.

"Kobra" ləqəbli Pərviz Abdullayev isə yaşadığı Türkiyədə "Bayer"lə UEFA Avropa Liqasının oyunlarından sonra "Qarabağ"dan çox danışıldığını qeyd edib.

Kənan




View this post on Instagram A post shared by Perviz Abdullayev (@cobraperviz)

Избранный
124
prosport.az

1Источники