Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün II turun növbəti 3 oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, qarşılaşmalar D və E qruplarında baş tutacaq.
Günün ilk görüşü E qrupunda Slovakiya və Ukrayna komandaları arasında oynanılacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.
D qrupun ilk görüşündə Polşa ilə Avstriya yığmaları üz-üzə gələcək. Matç saat 20:00-da başlayacaq.
Günə D qrupunun Niderland-Fransa oyunu ilə yekun vurulacaq. Qarşılaşma saat 23:00-da start götürəcək.
Qeyd edək ki, Avropa çempionatı iyulun 14-də başa çatacaq.
AVRO-2024
21 iyun
II tur
E qrupu
17:00. Slovakiya - Ukrayna
Baş hakim: Maykl Oliver (İngiltərə).
Düsseldorf, "Esprit Arena".
D qrupu
20:00. Polşa - Avstriya
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Berlin Olimpiya Stadionu.
23:00. Niderland - Fransa
Baş hakim: Entoni Teylor (İngiltərə).
Leyptsiq, "Red Bull Arena".