RU

Londonda ikinci IEA-COP29 yüksək səviyyəli dialoq keçiriləcək

Bakı. Trend:

İyunun 24-də Londonda ikinci "IEA-COP29" yüksək səviyyəli dialoqkeçiriləcək.

Trend xəbər verirki, bu barədə Beynəlxalq Enerji Agentliyinin baş direktoru FatihBirol sosial şəbəkədəki səhifəsində X.

"İyunun 24-də Londonda COP29-un prezidenti Muxtar Babayevlə 2-ci"IEA-COP29" yüksək səviyyəli dialoqumuza həmsədrlik etməyisəbirsizliklə gözləyirəm", - Fatih Birol bildirib.

O vurğulayıb ki, tədbir zamanı enerji, iqlim və maliyyəliderləri təmiz enerjiyə, xüsusilə də inkişaf etməkdə olaniqtisadiyyata investisiyaların necə artırılmasına diqqətyetirəcəklər.

Xatırladaq ki, ilk COP29-IEA yüksək səviyyəli dialoq mayın 15-dəParisdə baş tutub.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

(Tərcümə: Gülnarə Kərimova)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
47
az.trend.az

1Источники