RU

GDU-da yaz semestrinin imtahan sessiyası davam edir

Gəncə, 21 iyun, AZƏRTAC

Gəncə Dövlət Universitetində 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetdə yazılı formada keçirilən imtahanlar artıq yekunlaşıb və iyun ayının 20-dən kompüterdə test üsulunda imtahanların keçirilməsinə başlanılıb. Gün ərzində 2000-ə qədər tələbənin test imtahanlarında iştirakı nəzərdə tutulur. 50 test sualını cavablandırmaq üçün tələbələrə 1 saat vaxt təyin edilir.

İmtahanların gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Mərkəzi, İmtahan Qərargahı və Apelyasiya Komissiyası təşkil olunub. Bunlarla yanaşı, imtahanlara ictimai nəzarətin həyata keçirilməsi məqsədilə elm xadimləri, millət vəkilləri, ictimaiyyət və media nümayəndələri, eləcə də valideynlərdən ibarət “İctimai nəzarət şurası” yaradılıb, auditoriyalara müasir kameralar quraşdırılıb.

İmtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi, imtahan prosesinə kənar müdaxilənin yol verilməməsi, tələbələrin biliklərini nümayiş etdirməsi üçün universitetdə lazımi şərait yaradılıb.

Qeyd edək ki, iyun ayının 3-dən etibarən Gəncə Dövlət Universitetinin (GDU) bütün təhsil səviyyələrində 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Sessiya iyulun 5-dək davam edəcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
1
azertag.az

2Источники