RU

Dəmir yolu stansiyalarında bu tarixdən Wi-fi olacaq - RƏSMİ

“Yaxın zamanlarda sərnişin stansiyalarının əkəsriyyətində Wi-fi olacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb. Yəqin ki, sentyabr ayından ADY-nin xidmətindən istifadə edənlər rahatlıqla Wi-fi-yə qoşula biləcəklər”.

Bunu Bizim.Media-ya açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma departamentinin rəhbəri Azər Fərəcov deyib.

O bildirib ki, noyabr ayında ölkəmizdə keçiriləcək COP29 konfransına diğər qurumlar kimi ADY da ciddi hazırlaşır:

“Məqsədimiz odur ki, yaxın zamanda həm ölkəmizə gələn qonaqlar, həm vətəndaşlarımız dəmir yolunun xidmətlərindən yetərincə istifadə etsinlər. Nəzərə alaq ki, hazırda turistlərin cəmi 10 faizi dəmir yolunun xidmətindən istifadə edir. Çalışırıq ki, həm xidmətin keyfiyyətini, həm də çeşidlərini artıraq. Bu hesaba da sərnişindaşımanın həcmini daha da böyüdək”.

Surxay Atakişiyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
1
bizim.media

2Источники