RU

Bakının tarixi binalarının fasadlarının təmirinə nəzarət üçün komissiya yaradılır

Bakı. Trend:

Bakıda tarixi binalarının fasadlarında aparılan cari təmirişlərinin vəziyyətinin araşdırılması və nəzarətdə saxlanılmasıməqsədilə xüsusi Komissiya yaradılır.

Bu barədə Trend-ə Bakı Şəhərİcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, BŞİH paytaxtın təsərrüfat xidmətlərirəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Müşavirədəbir sıra məsələlər müzakirə edilib. Şəhər İcra Hakimiyyətindəfəaliyyət göstərən monitorinq qrupları rayonlar üzrə mütəmadiolaraq reydlər keçirir və mövcud çatışmazlıqlar müəyyən edilərəkaradan qaldırılması üçün aidiyyəti qurumlara və yerli RİH-nəgöndərilir.

Qeyd olunub ki, paytaxt ərazisində təmizlik məsələlərinin dahada yaxşılaşdırılması məqsədi ilə Bakı Şəhər MənzilKommunal-Təsərrüfatı Departamentinin rəhbərliyinə tövsiyə edilibki, rayon MKTB-nin rəhbərləri ilə birgə bu məsələlər müzakirəedilsin, aşkar edilən nöqsanların qısa müddətdə aradan qaldırılmasıüçün tədbirlər görülsün. Həmçinin şənbə günü təmizliklə bağlıümumşəhər daxili iməciliyinin keçirilməsi tapşırılıb.

Müşavirədə qərara alınıb ki, paytaxtın rayonlarında tarixibinalarının fasadlarında aparılan cari təmir işlərinin vəziyyətininaraşdırılması və nəzarətdə saxlanılması məqsədilə xüsusi Komissiyayaradılsın və onun üzvləri aidiyyəti qurumların nümayəndələri iləbirgə təmir işlərinin monitorinqini həyata keçirsinlər.

Избранный
97
26
az.trend.az

10Источники