RU

Milli Məclis YAP deputatlarının növbədənkənar seçkilərin keçirilməsi təklifini müzakirə edir

Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin bugünkü növbədənkənar sessiyasında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirililməsi ilə bağlı Yeni Azərbaycan Partiyası deputatlarının Prezidentə təklifi müzakirəyə çıxarılıb.

Milli Məclisin spikeri Sahibə Qafarova növbədənkənar seçkilərin zəruri edən mühüm məqamlara diqqət çəkib.

Spiker Azərbaycanın dünya miqyaslı tədbirləin keçirildiyi məkana çevrildiyini qeyd edərək, Konstitusiyaya görə parlament seçkilərinin noyabr ayına təsadüf etdiyini və bu ayda eyni zamnda COP 29 kimi nüfuzlu beynəlxlaq tədbirin keçiriləcəyinə diqqət çəkib.

S.Qafarova belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsini ölkəmizə qoyulan növbəti hörmət və etiramın nəticəsi olaraq önə çəkib.

Daha sonra deputat Hikmət Məmmədov YAP-ının Prezidentdə ünvanlanan müraciətini Milli Məclisin diqqətinə çatdırıb.
YAP-ın növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentdə ünvanlanan müraciətinə görə BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda - 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Konstitusiyasının 981 maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilməlidir. Qeyd olunub ki, belə bir dövrdə ölkə parlamentin tam fəaliyyətdə olması baxımından seçkilərin önə çəkilməsi vacibdir.

Beləliklə, Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi üçün komissiya yaradılıb.

Komissiyanın sədri Adil Əliyev, komissyanın üzvləri Siyavuş Novruzov, Fəzail Ağamalı, Elşən Musayev, Nigar Arpadarai, Tahir Rzayev və Eldar Quliyevdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
65
hafta.az

1Источники