RU

Spalletti İspaniyaya məğlubiyyətin səbəbini açıqladı

Luçano Spalletti AÇ-2024-də İtaliya və İspaniya milliləri arasında keçirilən oyunun nəticələsini şərh edib.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan mütəxəssis uğursuz oyunun səbəblərini açıqlayıb.

“Çox boşluqlar verdik. Futbolçular bir-birindən uzaq qalırdı, xətlər arasındakı məsafəni sıxlaşdıra bilmədik. Rəqib bizə hesabda əks-olunandan daha çox problem yaratdı.

Etiraf etməliyəm, komandam zəif idi. Məğlub olmağımızın əsas səbəbi budur. İspaniya bu gün komanda kimi güclü oynadı, biz bunu edə bilmədik. Rəqib layiqli qələbə qazandı”.

Qeyd edək ki, İspaniya artıq pley-offa yüksəlib. İtaliya isə Xorvatiya ilə həlledici qarşılaşmaya çıxacaq. 

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
54
fanat.az

1Источники