Kolumbiya Prezidenti Qustavo Petro İsrail xalqını Qəzza üçün səsini ucaltmağa çağırıb.
525.az xəbər verir ki, "X" sosial media platformasında paylaşımlar edən Kolumbiya Prezidenti Qustavo Petro İsrail xalqına müraciət edib.
Petro: "Bu gün İsrail xalqı dünya sülhünün və yaşamaq hüququnun müdafiəsində ön sıralarda olmalıdır. Sizdən xahiş edirəm, uşaq soyqırımını dayandırmaq üçün nə lazımdırsa edin", - deyə bildirib.
Qeyd edək ki, Kolumbiya mayın 3-də İsraillə diplomatik əlaqələri rəsmən kəsdiyini açıqlamışdı.
Məhəmməd Tağıyev
Bizi Facebookda izləyin
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Страницы
- Рейтинг
- Погода
- Валюта