RU

"Yaşıl dünyamızı sağlam ruhda qoruyaq" adlı inklüziv yoqa festivalı təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Yaşıl dünyamızı sağlam ruhda qoruyaq" adlı inklüziv yoqa festivalı keçirilib. 

 

Agentlikdən Aztibb.az-a bildirilib ki, 21 iyun - Beynəlxalq Yoqa Gününə həsr olunmuş festival Bakının Əmircan qəsəbəsində, Heydər Əliyev adına parkda baş tutub. 

 

Festivalda Agentliyin reabilitasiya müəssisələrində bərpa müalicəsi kursu keçən 150-dək əlilliyi olan şəxs iştirak edib.

 

Yoqa festivalı Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi, əməkdar məşqçi, idman ustası, beynəlxalq dərəcəli hakim, Azərbaycan Yoqa Klubunun prezidenti Sevindik Mehdiyev tərəfindən keçirilib. 

 

Açıq səma altında baş tutan inklüziv festivalın iştirakçılarına düzgün nəfəs texnikası ilə bədənini dinləmək bacarığı öyrədilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
52
aztibb.az

1Источники