Argentina millisinin kapitanı Lionel Messi Amerika kubokunun tarixinə düşüb.
Komanda.az xəbər verir ki, 37 yaşlı hücumçu turnirin açılış oyununda Kanada ilə görüşə (2:0) çıxaraq rekorda imza atıb.
O, bu yarışda ən çox oyun keçirən futbolçu olub. Messi Amerika kubokundakı ümumi oyun sayını 35-ə çatdırıb. Çili millisinin sabiq qapıçısı Serxio Livinqston isə turnirdə 34 oyuna çıxıb.
Argentina millisi Amerika kubokunun 15 qat qalibidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin EtiketlərLionel Messi
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта