RU

Deputat: "COP29 keçirildiyi vaxtda parlament tam fəaliyyətdə olmalıdır"

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. Keçirilən iclasda YAP Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib. Bu məsələ Partiyanin idarə heyətinin növbəti iclasinda müzakirə edilib.

“Operativ Media”ya açıqlama verən millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, bu ilin noyabr ayında Milli Məclisə növbəti seçkilər keçirilməlidir, lakin eyni ayda Azərbaycan COP29 iqlim konfransına və digər mötəbər tədbirlərə ev sahibliyi edəcəyindən Milli Məclis dövlət maraqlarını üstün tutaraq parlamentin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir:

"Biz ərazi bütövlüyümüzü təmin etdikdən sonra ilk dəfə olaraq bu miqyasda əhəmiyyət kəsb edən beynəlxalq tədbirə ev sahibliyi edəcəyik. Azərbaycanda çox etibarlı təhlükəsizlik mühiti mövcuddur. Azərbaycan belə beynəlxalq tədbirləri keçirmək təcrübəsinə sahibdir və bu tədbiri ən yüksək tələblərə cavab verəcək şəkildə keçirməyimiz üçün sözsüz ki, parlament seçkilərinin əvvələ keçirilməsi əhəmiyyətlidir".

Millət vəkili bildirir ki, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olması məqsədəuyğundur:

"İqlim dəyişmələri bu gün beynəlxalq təhlükəsizliyə ən ciddi təhdid yaradan amillərdən biridir. Azərbaycan da bu istiqamətdə hər zaman öz töhfələri, təşəbbüsləri ilə seçilən bir ölkədir. Bu baxımdan hesab edirəm ki, belə əhəmiyyətli bir tədbirin keçirildiyi vaxtda parlament tam fəaliyyətdə olmalıdır. Bunun da özünün ayrıca bir töhfəsi olacaq. Mövcud şəraitdə Milli Məclisin dövlət maraqlarını üstün tutaraq parlamentin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməsi gözlənilir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
operativmedia.az

1Источники