RU

O ərəfədə seçki keçirmək çətinlik yarada bilərdi - Naqif Həmzəyev

Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstəriblər.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı müraciət parlamentə daxil olub və parlamentin iclasında müzakirəyə çıxarılıb.

Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvü Naqif Həmzəyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda keçiriləcək COP29 tədbirinin təşkil edilməsi həqiqətən də çox məsuliyyətli və ağır bir prosesdir:

“Daha açıq desək, bir növ Azərbaycan üçün yeni bir sınaqdır və hər bir Azərbaycan vətəndaşı bu prosesə öz töhfəsini verməli və bu sınaqdan da üzüağ çıxmalıyıq. Bununla əlaqədar olaraq həmin ərəfədə parlament seçkilərinin keçirilməsi müəyyən dərəcədə çətinlik yarada bilər. Bu baxımdan Yeni Azərbaycan Partiyası tərəfindən məhz bu seçkilərin öncə tarixə çəkilməsi təşəbbüsü ilə çıxış edilməsi, mən düşünürəm ki, çox yerində bir qərardır”.

O qeyd edib ki, artıq prezident seçkilərinin keçirilməsi, Azərbaycan üçün yeni bir dövrün başlanğıcı oldu:

“Azərbaycanın artıq suverenliyini tam olaraq bərpa edib və bütün rayon və şəhərlərimiz işğaldan azad olunub. Bu baxımdan da parlament seçkilərinin də işğaldan azad olunmuş torpaqlarda keçirilməsi və ordan da seçiləcək deputatların parlamentdə təmsil olunmaları labüddür. Bütün bunlarla yanaşı, biz məhz bu parlament seçkilərinin də yenidən Yeni Azərbaycan Partiyasının qələbəsi ilə başa çatacağına inanırıq və bu baxımdan da belə bir təşəbbüsün irəli sürülməsi təqdirəlayiqdir”.

“İnanırıq ki, bu seçkilər də uğurla keçiriləcək. Azərbaycan xalqına, bu seçkidə iştirak edəcək bütün namizədlərə və Yeni Azərbaycan partiyasına uğurlar arzulayıram. Ümid edirik ki, Yeni Azərbaycan Partiyasının növbəti qələbəsini qeyd edəcəyik”, - Naqif Həmzəyev əlavə edib.

Günel Abbas

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
bakivaxti.az

1Источники