RU

Rusiya millisinin sabiq məşqçisi: Lunyov “Qarabağ”da əla iş gördü

“Lunyovun “Dinamo”ya keçidi gözəldi”. Matc.az xəbər verir ki, bunu Rusiya millisinin sabiq məşqçisi İqor Korneyev deyib. O, 32 yaşlı qapıçının “Qarabağ”dan Moskva “Dinamo”suna keçidinə münasibət bildirib. Korneyevin fikrincə, Lunyov Azərbaycan klubunda uğurlu mövsüm keçirdiyindən, “Dinamo”ya əla vəziyyətdə qoşulub: “Lunyov indi “Dinamo”dakı digər qapıçılardan üstündü. Düzdü, heç kim əsas heyət zəmanəti verə bilməz. Ancaq Andreyin Avropa karyerasına baxmaq lazımdı. O, “Qarabağ”da çox yaxşı idi. Bu səbəbdən “Dinamo”da əsas qapıçı olacağını düşünürəm”. Qeyd edək ki, Andrey Lunyov “Dinamo” ilə 2 illik müqavilə imzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
44
matc.az

1Источники