AVRO-2024 çərçivəsində keçiriləcək Türkiyə – Portuqaliya matçını idarə edəcək hakimin Feliks Zvayer olduğu açıqlanıb.

BAKU.WS xəbər verir ki, məşqçinin karyerası ilə bağlı diqqətçəkən məqam ortaya çıxıb.

Alman referi Feliks Zvayer 2009-cu ildən Bundesliqada oyun idarə edir. 2012-ci ildə FİFA nişanını taxan 43 yaşlı Zvayer Bundesliqada 229, Çempionlar Liqasında 30, Avropa Liqasında 25 matçda meydana çıxıb. O, VAR texnologiyasının ilk dəfə tətbiq olunduğu 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının video köməkçi hakimlərindən biri seçilib.

Feliks Zvayer problemli hakimlik karyerası keçirib. 2005-ci ildə Vuppertal və  Verder Bremen həvəskar komandaları arasında oynanılan matç bütün karyerası boyunca onu təqib edib. 2-ci Bundesliqanın baş hakimi Robert Hoyzerin köməkçisi olduğu matçda hakimin ona verdiyi 300 avro müqabilində “Vuppertalın xeyrinə kritik mövqelərə məhəl qoymamaq” iddiası ilə oyuna cəlb edilmiş və ona görə 6 ay cəzalandırılmışdı.

Almaniyanın “Die Zeit” qəzeti Almaniya Futbol Assosiasiyasının gizli sızdırılmış dosyesini dərc edənə qədər bu hadisə bir neçə il gizli saxlanılıb.

Onun pulu alıb-almaması ilə bağlı mübahisələr olsa da, Almaniya Futbol Federasiyasının iş materiallarında Zvayerin rüşvət aldığını düşündüyünə dair sənədlər və ifadələrin olduğu bildirilir.