RU

Ukraynadan Rusiyaya PUA yağışı 

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarından istifadə etməklə hücum həyata keçirməyə cəhd etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, gecə ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Krım və Qara dəniz üzərində 70, Krasnodar diyarında 43 və Volqoqrad vilayəti üzərində 1 pilotsuz uçuş aparatını vurub.

Həmçinin Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Hərbi Dəniz Qüvvələrinin 6 pilotsuz kateri də məhv edilən hərbi texnikaların siyahısına daxil edilib. 

Yusif SƏMƏDZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
redaktor.az

1Источники