RU

Yayın əvəzolunmaz meyvəsi

Yayın ən ləzzətli və təravətləndirici dadlarından biri olan qarpız çox yüksək vitamin və mineral tərkibinə malik meyvədir.

"Unikal" yayın bu əvəzolunmaz meyvəsinin faydalarını təqdim edir:

•    Maye itkisinin qarşısını alır,
•    Dərinin sağlamlığını dəstəkləyir,
•    İmmunitet sisteminin gücləndirir,
•    Qan təzyiqini tənzimləyir.

Həmçinin, qarpızın tərkibində şəkər, kalium, A vitamini, C vitamini, dəmir, lif vardır.

Lakin bu faydaları əldə etmək üçün təkcə qarpız təsirli deyil. Qarpızı sağlam və balanslı bir pəhriz planına əlavə etməklə bütün bu faydalı təsirlərdən yararlanmaq mümkündür. Ancaq bəzi insanlar qarpızı ehtiyatla istehlak etməlidirlər.

Böyrək xəstələri qarpız istehlak etməzdən əvvəl həkimləri ilə məsləhətləşməlidirlər, çünki tərkibində olan yüksək kalium bu insanlara ziyanlı hesab olunur. Bundan əlavə, insulin müqaviməti, hipoqlikemiyası və şəkərli diabeti olan insanlar da qarpızdan istifadə edərkən porsiya nəzarətinə diqqət yetirməlidirlər. Onlar 2 dilimdən (280 q) çox qarpız istehlak etməməlidirlər. Xüsusilə şəkərli diabet xəstələri qarpızı pendirlə birlikdə qəbul edərlərsə, qanda şəkər tarazlığını təmin etmiş olarlar.

Zərifə Nağıyeva

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
unikal.az

1Источники