RU

Aktrisaya qarşı cinayət işi açıla bilər

Prokurorluq aktrisa Yana Troyanovaya (xarici agent kimi tanınıb) qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “zorakılıq hədəsi ilə milli mənsubiyyətə görə nifrət salma” maddəsi ilə cinayət işi başlanması üçün materialları  İstintaq Komitəsinə göndərib.

32gun.az xəbər verir ki, bu  barədə "Life Shot"  məlumat yayıb.

Qeyd olunur ki, aktrisanı altı il həbs cəzası gözləyir.

İyunun 11-də Troyanova rusların, o cümlədən uşaqların məhv edilməsi çağırışlarını layiqli adlandırıb.

Aktrisanın sözlərinə görə, vətəni ona xəyanət edib. Bundan əvvəl o, alkoqolizmdə Rusiyanı günahlandırmışdı. Troyanova qeyd edib ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlamazdan əvvəl  o , ölkədəki həyatdan və qazancdan razı idi. Hazırda aktrisa Fransada yaşayır. 

Həmin gün “Rusiya veteranları” təşkilatının fəalları baş prokuror İqor Krasnov və İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə aktrisanın əleyhinə bəyanatlar veriblər . Onlar Troyanovanın son müsahibəsində terror təbliğatı olub-olmamasının yoxlanılmasını tələb edirlər. İctimai fəallar aktrisanın terrorçu və ekstremistlər siyahısına daxil edilməsində və vətəndaşlıqdan məhrum edilməsində israrlıdırlar.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
68
32gun.az

1Источники