Meksikada ilin əvvəlindən təsirli olan istilər səbəbindən ölənlərin sayı 155-ə yüksəlib.
Missiya.Az xəbər verir ki, bu barədə Meksika mətbuatı məlumat yayıb.
Səhiyyə Katibliyindən verilən açıqlamaya görə, təkcə 13-18 iyun tarixləri arasında yüksək temperaturdan 30 nəfər ölüb.
Mətbuatda günvurma ilə bağlı xəstəxanalara təxminən 2567 nəfərin müraciət etdiyi bildirilib.
Qeyd olunub ki, qızmar istilər oktyabrın 5-dək davam edəcək.
Leyla SƏMƏNDƏRMissiya.Az