RU

Norveç, Finlandiya və İsveç hərbi nəqliyyat dəhlizi yaradır

Norveç, Finlandiya və İsveç üç ölkənin şimal ərazilərindən keçəcək hərbi nəqliyyat dəhlizinin yaradılması barədə razılığa gəliblər.

Editor.az bildirir ki, bu qərarı Norveçin baş naziri Jonas Qahr Store isveçli həmkarı Ulf Kristersson və Finlandiya prezidenti Aleksandr Stubb ilə görüşlərindən sonra açıqlayıb. Storenin sözlərinə görə, yeni dəhliz Norveç limanlarından İsveç və Finlandiya vasitəsilə hərbi personal və texnikanın sürətlə köçürülməsinə imkan verəcək. Üç ölkənin müdafiə nazirlərinə mülki aktorlarla əməkdaşlıqda dəhlizin yaradılması üzərində işləmək tapşırılıb.

Dəhlizin uzunluğu və digər detallar açıqlanmır: “Hazırda bu (şimal) ərazinin müdafiəsi üçün regional planlar hazırlanır. Biz bu planların praktikada işləməsini təmin etmək üçün lazımi addımları atırıq”, – Norveçin müdafiə naziri Björn Arild Qram bildirib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
editor.az

1Источники