RU

Müğənni Dərya Uluğ xəstəxanadadır: Konsertlər ləğv edildi

Yazını böyüt
Yazını kiçilt

Səhhətində problemlər yaranan məşhur müğənni Dərya Uluğ xəstəxanaya yerləşdirilib.

Hafta.az-ın yazdığına görə, konsertdən sonra xəstələnən Uluğ səhhəti normallaşmadığı üçün konsertlərini yarımçıq qoymalı olduğunu açıqlayıb. Ləğv xəbərini sosial media hesabından açıqlayan Uluğ pərəstişkarlarından üzr istəyib.

Dərya Uluğ sosial media hesabından verdiyi açıqlamada, "Təəssüf ki, səhhətim normallaşmadığı üçün bu axşam konsertimi verə bilməyəcəyik. Çox təəssüf edirəm. Sağlamlığıma qovuşacağıma ümid edirəm. Mümkün qədər tez və yeni tarixlərdə görüşərik" yazıb.

Xəstəxana otağından paylaşım edən Uluğun kədərli olduğu müşahidə edilərkən, sevənləri müğənninin tezliklə sağalması diləklərini çatdırıb, ona şəfa diləyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
70
hafta.az

1Источники