RU

XİN başçısı: Ukrayna və Çin danışıqları davam etdirəcək

Çin İsveçrədə keçirilən Qlobal Sülh Sammitinin nəticələrini diqqətlə öyrənir.

“İki sahil” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukrayna televiziyasında deyib.

Onun sözlərinə görə, ölkəsi rəsmi Pekin ilə müharibənin dayandırılması ilə bağlı müzakirələri davam edəcək: "Düşünürəm ki, Çin üçün Sammitdə iştiraka qərar verməkdə həlledici amil Rusiyanın orada olmayacağı ilə bağlı prinsipial mövqeyimiz olub. Bununla belə, biz bilirik ki, Pekin Sammitin nəticələrini çox diqqətlə öyrənir. Orada İsveçrədə sammitin miqyasının nə qədər təsirli olduğunu gördülər. Mən əminəm ki, biz Ukraynada müharibənin dayandırılması ilə bağlı Çinlə müzakirəmizi davam etdirəcəyik”.

O xatırladıb ki, Çin Ukraynanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır: "Çin daim vurğulayır ki, Ukraynanı düşmən dövlət hesab etmir, sülh istəyir. Bu, işləmək üçün bir mövqedir. Bu, mükəmməl deyil. Suallarımız var. Biz onları açıq şəkildə səsləndiririk. Mən bu barədə Çinin xarici işlər naziri ilə danışmışam. Amma biz hamı ilə işləməliyik”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
ikisahil.az

1Источники