RU

Putin yeni “Rus AUKUS”-su qurur - Cavab

Şimali Koreyanın, yaxud Vyetnamın KTMT-yə üzv olması, bu konteksdə qurumun genişlənməsi ehtimalı azdır. KTMT daha çox regional, keçmiş MDB ölkələrinə aid bir qurumdur. Həm də KTMT artıq cəlbedici təşkilat deyil. Putinin son səfərlərində Rusiyanın başqa bir həmləsi görünür.

Bu sözləri Axar.az-a politoloq Asif Nərimanlı Putinin Şimali Koreya və Vyetnama səfərində məqsədin KTMT-nin genişləndirilməsi olması ilə bağlı iddilara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiyanın bu ölkələrlə KTMT-də deyil, başqa hərbi və təhlükəsizlik ittifaqında birləşməsi ehtimalı mümkündür:

“Necə ki, ABŞ NATO-dan kənar, Avstraliya və İngiltərə ilə birgə üçtərəfli təhlükəsizlik paktı - AUKUS yaratdı. Bu, NATO-dan kənar, ABŞ-ın nəzarətində olan yeni bir təhlükəsizlik sistemidir. İndi onun genişləndirilməsi istiqamətində işlər gedir. Yaponiyanın, Cənibi Koreyanın AUKUS-a qoşulması gündəmdədir. Rusiya da bunun başqa bir formasını etməyə çalışır. Bunu Putinin KTMT-dən əlavə yeni bir hərbi ittifaq yaratma niyyəti kimi qəbul edə bilərik. Putin səfər öncəsi Avrasiyada ABŞ olmadan təhlükəsizlik sisteminin yaradılması ideyasından danışmışdı. Mümkündür ki, bu, AUKUS-a cavabdır”.

Qeyd edək ki, Rusiya və Şimali Koreya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq sazişi imzalanıb. Bu saziş ölkələrin hərbi təcavüz zamanı bir-birinə hərbi yardımını nəzərdə tutur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
92
2
axar.az

3Источники