RU

Sağlamlığını gözəlliyinin qurbanı edənlər: Dəhşətli fəsadlar ilə üzləşə bilərsiniz - VİDEO

Sağlamlığını gözəlliyinin qurbanı edənlər: Dəhşətli fəsadlar ilə üzləşə bilərsiniz - VİDEO

Dolğu, yanaq, ideal burun və s. Xarici görünüşlərini müxtəlif gözəllik standartlarına uyğunlaşdırmaq üçün kosmetoloqlara müraciət edənlərin sayı günbəgün artır. Əvvəllər bu prosedurlardan orta yaşlı xanımlar istifadə edirdisə, indi süni vasitələr ilə bu görünüşə sahib olmaq istəyənlər arasında gənc qızlar kifayət qədərdir.

Buna nümunə olaraq son illərin dəbinə çevrilən dolğu prosedurudur. Dolular süni və təbii olur. Bəs onların arasında fərq nədir?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı "Aztv Xəbər" araşdırma aparıb:

"Süni dolğular heç bir halda bədəndən sovrulmur. Bir neçə ildən sonra düyünlər yarada bilir. Ancaq cərrahi üsulla aradan qaldırmaq mümkündür. Təbii dolğularda belə bir problem yaşamırıq. Çünki antidot olduğuna görə, əritmək mümkündür. Bəzi hallarda pasiyenrlərimiz ömürlük istəyirlər. Sadəcə biz bunu etmirik və təbii dolğulara üstünlük veririk".

Dolğuların saxlanma şəraitidə çox önəmlidir. Onlar 25 dərəcədən yuxarı temperaturda saxlanmamalıdır. Həmçinin dolğu vurdurarkən məhsulun keyfiyyətinə diqqət yetirmək lazımdır. Məhsulun orjinallığını təsdiq edən sertifikatı tələb etməkdə mütləqdir.

Ətraflı "Aztv Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
49
sonxeber.az

1Источники