RU

CƏBRAYILDA YÜK MAŞINI MİNAYA DÜŞÜB - Sürücü yaralanıb

Cəbrayıl rayonunun Horovlu kəndi ərazisində mina hadisəsi baş verib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti birgə məlumat yayıb.

Bildirilib ki, kənd təsərrüfatı sahəsində çalışan 1991-ci il təvəllüdlü Goranboy rayon sakini Nuruyev Raqib Səxavət oğlunun idarə etdiyi “Man” yük avtomobili minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb: "Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarət alıb.

Избранный
129
43
mia.az

10Источники