RU

Təhsil İnstitutu 13 yaşlı Hüseynə "bal müsibəti"yaşadır - Tanınmış jurnalistdən sitəm dolu açıqlama

Tanınmış jurnalist Kənan Rövşənoğlu 13 yaşlı övladına qarşı Təhsil İnstitunun apardığı bal ədavətinə sitəm dolu yazı paylaşıb. Elm və Təhsil Naziri Emin Əmrullayevə səslənən həmkarımızın açıqlamasını təqdim edirik:

Bayaq bir xəbər qarşıma çıxmasaydı bu barədə yazmayacaqdım...

Bayramqabağı Təhsil İnstitutu ilə yüngülcə problem yasadıq. Bizim Hüseyn Respublika Fənn Müsabiqəsinin final mərhələsində iştirak edib, ancaq suallardan birinə, 10 ballıq suala münsiflər cəmisi 3 bal verib. Nəticədə medalçılar siyahısına düşə bilməyib.

Yanlışın düzəldilməsi üçün Təhsil İnstitutunda təşkil olunmuş apellyasiya şurasına məktub yazaraq dəyişməsini xahiş etdi. Məsələ belədir ki, sualın 3 mümkün həll variantından Hüseyn yalnız ən asan və rahat variantını götürüb, ancaq nəticəni doğru alıb.

Ancaq birinci müraciətə Apellyasiya heyəti "əsassızdir" deyə bir söz cümlə ilə "cavab" verdi.
Riyaziyyatdan o qədər bilikli olmadığım üçün məsələni və həllini tərəfsiz bir neçə riyaziyyatçiya göndərdim. Bütün ekspertlər bildirdilər ki, cavab düzdür, ancaq daha asan yolla həll edildiyi və bəzi məqamları tam əhatə etmədiyi üçün maksimum olmasa da, ən azı 8 bal vermək olar.

Üstəlik, eyni suala, eyni şəkildə cavab yazan başqa bir iştirakçının balı artırılmışdı. Hüseyn də inad edirdi ki, haqlıyam, balımı azaldiblar.

Bu səbəbdən təkrar müraciət etdik, ancaq bu dəfə "apellyasiya ekspertləri" daha geniş bir cavab yazaraq Hüseyni səhv çıxarmağa çalışdilar. Əsas arqument isə budur ki, məsələ bizim dediyimiz qaydada həll etməyib.

Təhsil İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinə, direktor müavini Fuad Qarayevə yazdım, xahiş etdim ki, mübahisəli məqam var, bu məsələyə apellyasiya şurası deyil, müstəqil ekspertlər baxsınlar. Çünki apellyasiya şurası artıq tərəf kimi çıxış edir.

Mənə cavab bu oldu ki, "biz öz mütəxəssislərərimizə inanırıq".

Özlərinə də yazdım, bu uşaq yad, ya da düşmən deyil axı, bu ölkənin vətəndaşıdir, yeniyetmədir. Nazirlik əslində şagirdin yanında olmalıdır, ekspertin deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
aznews.az

1Источники