![Mingəçevirdə](/uploads/posts/2024-06/4bd1b407-c138-3c67-b04d-188eb5e845e6_850.jpg)
Mingəçevir şəhərində güclü külək nəticəsində bir neçə ağac aşıb.
Məlumata görə, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb.
Küləyin ağacları aşırması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hadisə nəticəsində nəqliyyat vasitələrinə də zərər dəyib(Report).