Gürcüstanın baş naziri İrakli Kobaxidze iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitindən genişlənmə baxımından ciddi irəliləyiş gözləmədiyini deyib.
"Operativ Media" xəbər verir ki, o bu barədə Gürcüstan mediasına açıqlama verib.
"NATO-nun genişlənməsinə gəlincə, bununla bağlı NATO liderləri tərəfindən açıq bəyanatlar səsləndirilir ki, hazırkı mərhələdə NATO-nun genişlənməsi aktiv nəzərdən keçirilə biləcək bir məsələ deyil", - Kobaxidze bildirib.