Mingəçevir şəhərində güclü külək nəticəsində bir neçə ağac aşıb.BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb. Küləyin ağacları aşırması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. BUTA.TV-də reklamZərərçəkənlər xəstəxanaya çatdırılıb. Qeyd edək ki, hadisə nəticəsində nəqliyyat vasitələrinə də zərər dəyib.