RU

Keniyada polis vergi artımı etirazına müdaxilə edib

Keniyada vergi artımına qarşı keçirilən etiraz aksiyasına polis gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, başda paytaxt Nayrobi olmaqla ölkənin müxtəlif bölgələrində minlərlə insan büdcə kəsirini bağlamaq üçün vergi artımını ehtiva edən qanun layihəsinin geri götürülməsini tələb edib.

“İqtisadi diktaturaya yox deyirik” şüarı ilə pankart açan nümayişçilər, vergi artımının iqtisadiyyata zərər vuracağını və yaşayış bahasını daha da artıracağını bildiriblər Qanun layihəsinin müzakirə edildiyi parlamentə gedən yolları bağlayan polis etirazçılara təzyiqli su ilə müdaxilə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
76
operativmm.az

1Источники