RU

Norveç, Finlandiya və İsveç hərbi nəqliyyat dəhlizinin yaradılması barədə razılığa gəliblər

Norveç, Finlandiya və İsveç üç ölkənin şimal ərazilərindən keçəcək hərbi nəqliyyat dəhlizi yaratmaq qərarına gəliblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qahr Stör isveçli həmkarı Ulf Kristersson və Finlandiya prezidenti Aleksandr Stubb ilə görüşündən sonra bildirib.

"Bu gün biz Norveç, İsveç və Finlandiyanın şimal ərazilərini birləşdirən hərbi nəqliyyat dəhlizinin yaradılması barədə razılığa gəldik", - Baş nazir qeyd edib.

Onun sözlərinə görə, bu, İsveç və Finlandiya vasitəsilə Norveç limanlarından hərbi personal və texnikanın sürətlə köçürülməsinə imkan verəcək. 

Üç ölkənin liderləri 19-20 iyun tarixlərində Norveçin şimalındakı Bodo şəhərində təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün bir araya gəliblər. 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
72
1
iqtisadiyyat.az

7Источники